image-2000x150px
image-123
image-ads_atlas
image-ap17327524475429-pic_32ratio_900x600-900x600-81082backend

Almaniya kişilər və qadınlar üçün məcburi hərbi xidmətin tətbiqini təklif edib

image-728x90px

Almaniyada Ukrayna münaqişəsi fonunda ölkə ordusundakı kadr çatışmazlığını doldurmaq üçün “hər iki cinsin böyükləri” üçün məcburi hərbi xidmətin tətbiqinə çağırıblar.

Bu təkliflə Bundestaqın müdafiə məsələləri üzrə keçmiş komissarı, Təhlükəsizlik Siyasəti Cəmiyyətinin hazırkı prezidenti Hans-Piter Bartels çıxış edib.

O, işçi qüvvəsinin çatışmazlığının Almaniyanın “silahlı qüvvələrini əhatə etdiyini” söylədi.

“Lakin davam edən kadr çatışmazlığı ilə həqiqətən mübarizə aparmağa kömək edə biləcək yeganə şey məcburi hərbi xidmətin dirçəldilməsidir – uyğunlaşdırılmış formada, <…> bəlkə də bu dəfə hər iki cinsin böyükləri üçün” dedi Bartels.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada 2011-ci il iyulun 1-dən hərbi xidmətə çağırışın ləğvinin səhv olduğunu bildirib. O, daha sonra qeyd edib ki, o, heç vaxt hərbi xidmətə çağırışın bərpa olunmasının tərəfdarı olmayıb, çünki hazırda bunun üçün nə imkanlar, nə də vasitələr var.

Pistorius jurnalistlərin hərbi xidmətə çağırışın bərpası planları ilə bağlı sualına “Hərbi çağırışın dayandırılmasının səhv olduğunu düşünsəm də, onun yenidən tətbiqinin indiki vəziyyətdə kömək etməyəcəyi açıq-aydındır” dedi.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki