image-n1karobka_ads
image-123
image-rtx3kjc5-pic905-895x505-60509backend

Almaniya NATO-nun beynəlxalq təlimlərinə başladığını elan edib

image-ad_qayo_720x110px

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq şəhərində beynəlxalq hava qüvvələrinin “Air Defender 2023” təlimləri başlayıb.

Hərbi Hava Qüvvələrinin sözçüsü 37 kilometrlik dəhlizin 2500-15000 metr arasında mülki hava nəqliyyatı üçün bağlandığını bildirib. Bununla belə, ölkənin cənub-qərbində yaşayan sakinlər təlimlər haqqında “az və ya heç nə” eşidəcəklər.

“Ola bilər ki, gəliş-gediş zamanı nəyisə müşahidə edirsiniz. Əks halda, səmada bir neçə nöqtə və uzaq səslərdən başqa heç nə eşitməyəcəksiniz” dedi.

Bir müddət əvvəl Almaniya Aviasiya Sənayesi Federal Assosiasiyasının baş direktoru Matias fon Randov NATO-nun hərbi təlimləri ilə əlaqədar iyunun 12-dən 23-dək Almaniyada hava məkanının qismən bağlanacağını bildirmişdi.

Mənbə: AA

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki