Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin Kiyevə Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə 64 raket verəcək.
RİA Novosti DPA agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində bildirib.
“Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi üçün əlavə 64 idarə olunan raket verəcək”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, raketlər “dərhal” Ukraynaya çatdırılacaq. Pistorius qeyd edib ki, bu tədarük Ukrayna tərəfinə “davamlı dəstəyin” təmin edilməsi üçün vacibdir.