image-n1karobka_ads
image-123
image-682c71b902e8bd54956b6df9backend

Almaniyanın maliyyə naziri: ABŞ-ın rüsumları almanların iş yerlərini təhdid edir

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Şərqi Almaniya İqtisadi Forumunda ABŞ prezidenti Donald Trampın Aİ mallarına tətbiq etdiyi ticarət tarifləri Almaniyada iş yerlərini risk altında qoyur.

O, ABŞ-ın rüsumlarının yaratdığı qeyri-müəyyənliklər səbəbindən Almaniyanın iqtisadi göstəricilərinin durğun olduğunu və iş yerlərinin risk altında olduğunu bildirib.

Nazirin vurğuladığı kimi, Almaniya iqtisadiyyatı ixracyönümlüdür – ölkədə hər dördüncü iş yeri bundan asılıdır.

Klinqbeyl Avropa Komissiyasını tədbir görməyə və Vaşinqtonla dialoqa getməyə çağırıb.

“Biz amerikalılarla birgə həll yolları tapmağımızı təmin etməliyik”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki