image-n1karobka_ads
image-123
image-6882067402e8bd68e92b9fa8backend

Amal Kluni erməni biznesmenin müdafiəsinə qoşula bilər

image-ad_qayo_720x110px

Hollivud ulduzu Corc Kluninin həyat yoldaşı, tanınmış vəkil Amal Kluni həmkarı Cefri Robertsonla birlikdə Ermənistanda həbs olunan biznesmen Samvel Karapetyanın hüquqlarının müdafiəsinə qoşula bilər.

Doğru.az xəbər verir ki, bu barədə Karapetyanın Müdafiə Şurası məlumat yayıb. Bildirilir ki, Robertson artıq Karapetyanın müdafiəsi ilə məşğul olan beynəlxalq vəkillər qrupuna qoşulmaq imkanını nəzərdən keçirir.

RİA Novosti yazır ki, Avropa İnsan Hüquqları Məhkəməsində təmsilçiliyin növbəti mərhələsində Amal Kluninin də prosesə rəsmi şəkildə cəlb edilməsi ehtimalı nəzərdən keçirilir.

Xatırladaq ki, daha əvvəl məhkəmə Ermənistanın Elektrik Şəbəkələri şirkətinin milliləşdirilməsi ilə bağlı işdə Karapetyanın lehinə qərar çıxarıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki