image-2000x150px
image-123
image-ads_atlas
image-2024-05-01t160819z_181959494_rc2fh7ang1aj_rtrmadp_3_ukraine-crisis-east-artillery-pic_32ratio_1200x800-1200x800-74924backend

Amerika hərbçiləri danışıqlar zamanı Ukraynanın öz ərazilərinin bir hissəsindən imtina edəcəyini proqnozlaşdırır

image-728x90px

Ukrayna böhranının diplomatik həlli üçün mümkün sülh danışıqlarının bir hissəsi kimi, Ukrayna ərazisinin bir hissəsindən imtina etməli olacaq, əks halda daha geniş dağıdılma perspektivi ilə üzləşəcək.

Bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis You Tube kanalında məlumat verib.

“Onlar mütləq bəzi ərazilərdən imtina etməli olacaqlar. Bunun müqabilində onlar öz ölkələrinin bir hissəsinə nəzarət edə biləcəklər”, – o vurğulayıb.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı halında Ukrayna artıq öz ərazilərini itirməyəcək və əsgərlərinin həyatını xilas edə biləcək. Polkovnik-leytenant hesab edir ki, Kiyev danışıqlar masasına əyləşərsə, bu perspektiv realdır.

O, həmçinin Kiyevi Moskva ilə sülh sazişinin şərtləri ilə bağlı heç bir illüziyaya qapılmamağa çağırıb. Davis qeyd edib ki, bu, Qərbin və Ukraynanın istədiyi kimi olmayacaq, lakin ölkə hərbi əməliyyatları davam etdirərsə, daha böyük dağıntılarla üzləşəcək.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki