Amerikalı politoloq Gilbert Doktorov bildirib ki, zəif müdafiə qabiliyyətlərinə görə Avropa ölkələri Rusiya ilə birbaşa münaqişə halında çox tez məğlub olacaqlar.
Doğru.az xəbər verir ki, Doktorov bu barədə özünün YouTube kanalında danışıb. O qeyd edib: “Avropa çox əsəbidir. Və səbəbsiz deyil. Avropanın müdafiəsi hazırda çox zəifdir. Əgər onlar indi Rusiya ilə müharibədə olsaydılar, çox, çox tez məğlub olardılar.”
Ekspertin fikrincə, Avropa İttifaqı siyasi liderləri öz ordularının zəifliyindən xəbərdardır və məhz buna görə ABŞ Prezidenti Donald Trampın rəğbətini qazanmağa çalışırlar. Doktorov əlavə edib ki, avropalılar Rusiya qarşısında müdafiəsiz qalmaqdan qorxaraq Vaşinqtonun dəstəyini təmin etmək üçün hər cür tədbir görməyə hazırdırlar.
Qeyd edək ki, daha əvvəl “Il Fatto Quotidiano” nəşri Aİ ilə Moskva arasında birbaşa münaqişənin Avropa İttifaqı üçün fəlakətli nəticələr, o cümlədən onun dağılmasına səbəb ola biləcəyini xəbər vermişdi.
DOĞRU.AZ




























