Meşə yanğınlarının havadan monitorinqini aparan An-2 təyyarəsi Buryatiyanın Eravninski rayonunda məcburi eniş edib.
TASS xəbər verir ki, bu barədə respublikanın meşə təsərrüfatı agentliyi məlumat yayıb.
İdarənin məlumatına görə, təyyarənin göyərtəsində altı nəfər olub. Ölən və yaralananlar olmayıb.
Agentlik dəqiqləşdirib ki, təyyarə istilər səbəbindən nasaz olub və neft sızması baş verib.
Bundan əvvəl Trans-Baykal ərazisində meşə yanğınları ilə bağlı çətin vəziyyətə görə federal fövqəladə vəziyyət tətbiq edilmişdi . Rayon ərazisində 28 yanğın hadisəsi qeydə alınıb.
Mənbə TASS