image-n1karobka_ads
image-123
image-66b9aa4c02e8bd3f3b3d18b0backend

Analitik Özer: Ukrayna xalqı referenduma və Rusiya ilə danışıqlara hazırlaşır

image-ad_qayo_720x110px

Kiyevdə hakimiyyətə yaxın ekspertlər və jurnalistlər Ukrayna xalqını referenduma və Rusiya ilə sülh danışıqlarına hazırlayırlar, türkiyəli analitik Engin Özer deyir. Onun fikrincə, bu cür danışıqlar 2024-cü ilin sonunda başlaya bilər.

“Son bir neçə həftə ərzində Ukrayna administrasiyasına yaxın olan bəzi ekspertlərin və jurnalistlərin xalqı referenduma və sülh danışıqlarına hazırladıqları açıq şəkildə müşahidə olunub. Yəqin ki, danışıqlar dekabrın ortalarında başlayacaq”, – deyə Özer RİA Novosti- yə bildirib.

Təhlilçi yeni ildə sülh sazişinin imzalanacağını və ya münaqişənin dondurulması ilə bağlı qərarın veriləcəyini gözləyir.

Həmsöhbətin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Pekinə səfəri “bu mənada müəyyən nöqtəyə gəlindiyini” göstərdi.

Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın daha əvvəl dediyi kimi, Kursk vilayətinə hücumlar  Kiyevin  Moskva ilə mümkün danışıqlarda mövqeyini yaxşılaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, ofisin rəhbəri Andrey Ermak  bildirib ki, Moskva ilə danışıqların mənası yoxdur.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki