image-2000x150px
image-123
image-ads_atlas
image-1611662125-665406-anar-450x250backend

Anar Kərimov onları vəzifəyə gətirdi

image-728x90px

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları baş tutub.

Nazirlikdən “Doğru.az”-a verilən məlumata görə, nazir Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bəxtiyar Qılıncov 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

A.Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Ş.Şahbazov əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki