image-2000x150px
image-123
image-ads_atlas
image-pagebackend

Anar Kərimov Türkiyə-Azərbaycan tədbirində çıxış edəcək

image-728x90px

2021-ci ilin Türkiyədə Yunus Əmrə, Azərbaycanda isə Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar “Nizamidən Yunusa Bir olmaq” adlı tədbir keçiriləcək.

Bu barədə “Son Dakika” xəbər yayıb.

Məlumata görə, tədbir Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və azərbaycanlı həmkarı Anar Kərimovun iştirakı ilə onlayn keçiriləcək.

Türkiyə vaxtı ilə saat 11:00-də (Bakı vaxtı ilə saat 12:00) keçiriləcək tədbirin açılışında həmçinin  Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş, türkiyəli ədəbiyyat tarixçisi Mustafa Özçelik, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və millət vəkili İsa Həbibbəyli çıxış edəcək.

Tədbir Yunus Əmrə İnstitutunun sosial media hesablarında canlı yayımlanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki