image-n1karobka_ads
image-123
image-17529467441104958625_1200x630backend

Anar Məmmədxanovun xatirəsinə “Sea Breeze”də ulduz açıldı – FOTO

image-ad_qayo_720x110px

“Sea Breeze Resort” kompleksinin “Walk of Fame” Şöhrət xiyabanında görkəmli televiziyaçı, sabiq millət vəkili və sevilən ictimai xadim Anar Məmmədxanovun adına ulduzun açılış mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, tədbir Anar Məmmədxanovun Azərbaycan mədəniyyətinə, televiziyasına və ictimai həyatına verdiyi töhfələrin ehtiramla yad edildiyi simvolik məkan olan Şöhrət xiyabanında təşkil olunub.

Açılış mərasimində mərhumun ailə üzvləri – anası Səidə İbrahimova, həyat yoldaşı İradə Məmmədxanova, oğlu İslam Məmmədxanov, bacısı və övladları ilə yanaşı, tanınmış sənət adamları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Xalq artistləri Emin Ağalarov, Tünzalə Ağayeva, Elçin Əzizov, bəstəkar Vaqif Gərayzadə, rejissor Timur Vaynşteyn, yazıçı Elmira Axundova və “Bakılı oğlanlar” KVN komandasının üzvləri Anar Məmmədxanovun həyat və yaradıcılığından, onun insanlara bəxş etdiyi enerji, zarafat və xoş əhval-ruhiyyədən söz açıblar.

Onun oğlu İslam Məmmədxanov atasının xatirəsinin bu şəkildə yaşadılmasından duyduğu qüruru ifadə edərək bildirib: “Atam həyatı boyunca insanlara sevinc bəxş edib, bu gün də həmin nuru bizimlə bölüşür.”

İradə Məmmədxanova isə Şöhrət xiyabanını “canlı xatirə məktubu” adlandıraraq təşəkkürünü bildirib.

Mərasim boyu çıxış edənlər Anarın mədəniyyətimizə təsirindən, KVN-dən tutmuş parlament fəaliyyətinə qədərki yolundan, onun Azərbaycan gəncliyinə və media sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.

Anarın adına ulduzun təqdimatı izdihamlı alqışlarla baş tutub.

Qeyd edək ki, “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında artıq Müslüm Maqomayev, Rüstəm İbrahimbəyov, Vaqif Mustafazadə kimi 28 dəyərli şəxsiyyətin ulduzu yer alır. Anar Məmmədxanovun adı da bu unudulmaz simalar sırasında öz yerini aldı.

DOĞRU.AZ

image-17529467441102960043_1200x630 image-17529467443503452395_1200x630   image-1752946744934051768_1200x630 image-1752946744269462832_1200x630image-17529467444839438475_1200x630image-17529467441125814500_1200x630image-17529467441522220852_1200x630image-1752946744942748323_1200x630 image-17529467443418122087_1200x630 image-17529467442833021992_1200x630 image-17529467441265651772_1200x630 image-17529467445640148423_1200x630 image-1752946744173932336_1200x630image-1752946744169468978_1200x630image-17529467442980612124_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki