image-n1karobka_ads
image-123
image-17247654201014335267_1200x630backend

Ankarada Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub

image-ad_qayo_720x110px

Avqustun 27-də, çərşənbə axşamı Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə XİN-in başçısı Hakan Fidan arasında danışıqlar olub.

AZƏRTAC xəbər verir ki, xarici işlər nazirlərinin görüşü Türkiyə XİN-in inzibati binasında baş tutub.

Türkiyənin xarici siyasət idarəsi görüş ərəfəsində bildirmişdi ki, Bayramov və Fidan ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcəklər.

Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin bundan öncəki görüşü iyulun 5-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutmuşdu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki