image-n1karobka_ads
image-123
image-img-20251223-wa0163backend

AQC 2025-ci ilin yekunlarını qeyd etdi – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 2025-ci ilin yekunlarına və Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqinin ildönümünə həsr olunmuş rəsmi tədbir təşkil edib. Tədbir 30 dekabr tarixində keçirilib və Yeni İl, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram hissəsini də əhatə edib.

Doğru.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media və özəl sektor təmsilçiləri iştirak edib. Açılış nitqində AQC-nin 2025-ci il ərzində gördüyü işlər, institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb. Bildirilib ki, 2025-ci il qiymətləndirmə institutunun möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşma baxımından əlamətdar olub.

Tədbirdə çıxış edən AQC sədri Vüqar Oruc qeyd edib ki, cəmiyyətin əsas məqsədi qiymətləndirmə fəaliyyətinin şəffaflığını artırmaq, peşəkar kadr potensialını gücləndirmək və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunu möhkəmləndirməkdir. O, dövlət qurumları, parlament və özəl sektorla əməkdaşlığın genişləndirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Fazil Mustafa AQC-nin fəaliyyətini yüksək qiymətləndirərək, qurumun beynəlxalq əlaqələr və peşəkar sektor üzrə proqramlarının dövlət siyasətinə dəstək olduğunu vurğulayıb. Digər millət vəkilləri – Razi Nurullayev, Vüqar Bayramov, Ceyhun Məmmədov və Səbinə Salmanova qiymətləndirmə fəaliyyətinin iqtisadiyyat üçün vacibliyini qeyd edib, daşınmaz əmlak, bank sektoru və sahibkarlığın inkişafında peşəkar qiymətləndirmənin rolunu xüsusi vurğulayıblar. Deputatlar həmçinin AQC-nin qanunvericilik təşəbbüslərinə verdiyi töhfələri və ixtisas imtahanlarının təşkili sahəsində rolunu yüksək qiymətləndiriblər.

Tədbirdə UNEC tərəfindən AQC sədri Vüqar Oruca sertifikat təqdim olunub. Videoçarx formatında təqdim edilən yekun hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar və regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması əks olunub.

Rəsmi hissədə fəaliyyətlərinə görə AQC üzvlərinə və media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib. Tədbir VECON Consulting MMC, Fame Pro, Expert Audit MMC, International Price Center, Baku Property Services və Azer Business Consulting şirkətlərinə dəstəyə görə təşəkkürlə davam edib.

Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə yekunlaşıb, iştirakçılara Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xoş arzular çatdırılıb və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda mükafata Doğru.az layiq görülüb.

DOĞRU.AZ

image-img-20251223-wa0163 image-img-20251223-wa0162 image-img-20251223-wa0161 image-img-20251223-wa0158 image-img-20251223-wa0160 image-img-20251223-wa0157 image-img-20251223-wa0155 image-img-20251223-wa0156 image-img-20251223-wa0153 image-img-20251223-wa0152 image-img-20251223-wa0154 image-img-20251223-wa0164 image-img-20251223-wa0174 image-img-20251223-wa0093

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki