image-n1karobka_ads
image-123
image-img-20241008-wa0066backend

ASAN xidmət” təcrübəsi Rumıniyada – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın dəvəti əsasında Buxarest şəhərinə səfər edib.

Doğru.az xəbər verir ki, səfərin ilk günü Dövlət Agentliyinin sədri və Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Buxarestdəki Tey parkında yerləşən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya Hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqini, eləcə də “ASAN xidmət” mərkəzlərində təcrübələrin təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Rumıniya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Rumıniya Avropa İttifaqının üzvü və ölkəmizin strateji tərəfdaşıdır.

Buxarestdə yerləşən Viktoriya sarayında baş tutan imzalanma mərasimi zamanı Rumıniya Hökumətinin Baş katibi dövlət xidmətlərinin göstərilməsi üzrə qlobal səviyyədə tanınan və qəbul edilən “ASAN xidmət” təcrübəsinin müstəsna əhəmiyyətinə toxunaraq müvafiq sahənin ölkəsində inkişaf etdirilməsi üçün bu təcrübədən faydalanacaqlarını bildirib.

Dövlət Agentliyinin sədri müvafiq Memorandumun Azərbaycan ilə Rumıniya arasındakı mövcud uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

Sonra Rumıniya Hökumətinin Baş Katibliyinin nümayəndələri tərəfindən ölkələrində həyata keçirilən innovativ layihələr barədə geniş təqdimat edilib.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.

Xatırladaq ki, Dövlət Agentliyi “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilələr imzalayıb.

DOĞRU.AZ

image-img-20241008-wa0064 image-img-20241008-wa0065 image-img-20241008-wa0068 image-img-20241008-wa0067 image-img-20241008-wa0069 image-img-20241008-wa0071 image-img-20241008-wa0070

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki