Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur keçirilib.
Doğru.az xəbər verir ki, tədbir iştirakçıları kəndin ekoturizm və aqroturizm imkanları ilə tanış olub, yerli evlərdə qonaqlanıb və ənənəvi mətbəx nümunələrini dadıblar.
Məlumatda bildirilib ki, “Turistik kənd” layihəsi çərçivəsində Sım kəndində turizm infrastrukturu yenilənir, istiqamətverici lövhələr quraşdırılır və kənd cənub bölgəsinin turizm marşrutlarına əlavə olunur. Layihə həmçinin arıçılıq və digər ekoturizm fəaliyyətlərinin turizmə inteqrasiyasını təmin edir, yerli sakinlərin məşğulluq imkanlarını genişləndirir.
Dövlət Turizm Agentliyi cənub bölgəsinə və Sım kəndinə turizm şirkətləri və blogerlər üçün mütəmadi infoturlar təşkil edərək kəndin potensialını tanıtmağa davam edir.
DOĞRU.AZ