Avstraliya Müdafiə Nazirliyinin Abrams tankını daşıyan hərbi yük maşını qəzaya uğrayıb.
Bu barədə TASS ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qəza Rokhempton şəhəri yaxınlığında baş verib.
“Hadisə yerində polis əməkdaşları biri tank daşıyan dörd ciddi zədələnmiş yük maşını və üç yanan avtomobil aşkar edib”, – məlumatda deyilir.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb, onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Üç nəfərin vəziyyəti ağırdır.
Mənbə: TASS