image-2000x150px
image-123
image-ads_atlas
image-ria_8221957-pic_32ratio_900x600-900x600-80221backend

AvtoVAZ yeni avtomobil hazırlayacaq

image-728x90px

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ hibrid tam ötürücülü avtomobil hazırlayır.

Bu barədə şirkətin nümayəndəsi Aleksandr Vinoqradova istinadən “Autopotok” Telegram kanalı məlumat yayıb.

“Autonet konfransında AvtoVAZ-ın nümayəndəsi Aleksandr Vinoqradov indicə bildirdi ki, şirkət hibrid texnologiyalarda sırf elektrik texnologiyalarından daha böyük perspektivlər görür. Artıq hibrid avtomobilin prototipi hazırlanır. Bu, ön oxu daxili yanma mühərriki, arxa oxu isə elektrik mühərriki ilə idarə olunan tam ötürücülü avtomobil olacaq”, – məlumatda deyilir.

Bunun yeni avtomobil modeli, yoxsa mövcud modellərdən birinin versiyası olacağı bilinmir. Bundan əlavə, belə bir avtomobilin nə vaxt peyda olacağı və onun seriyalı olub-olmayacağı bəlli deyil.

Bundan əvvəl Almaniyanın Mercedes-Benz şirkəti G-Class yolsuzluq avtomobilinin elektrik versiyasını təqdim etdiyi məlum olub. Avtomobil dörd motorlu transmissiya ilə təchiz olunub – hər təkər üçün bir mühərrik. Sistemin ümumi gücü 587 at gücünə bərabərdir. Yeni məhsul sıfırdan 100 km/saata 4,7 saniyəyə sürətlənir, maksimal sürət isə 180 km/saatla məhdudlaşır.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki