image-2000x150px
image-243581_cq4w6uv5ywbackend

“Azad edilən torpaqlarımız mənim üçün Məkkə, Mədinə oldu” – Nəzakət Teymurova

image-728x90px

“Şuşaya gedəndə də belə olmuşdu. İki dəfə o hissləri yaşamışam, Məkkədə və Şuşada. Müqəddəslik mənasında insan harada olduğunu başa düşmür. Şuşada Yuxarı Gövhər Ağa məscidinin qarşısında düşdüm. Kənarda çinar ağacı var idi, dizlərimi yerə qoyub, ağladım”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova “Söhbət musiqidən gedir” verilişində deyib. Sənətçi azad olunan torpaqlarımıza ziyarəti zamanı yaşadığı hisslərdən danışıb:

“30 illik həsrətdən sonra dedim, Allahım, gör biz haradayıq! Sanki oradan enerji alırsan, bilmirəm bu nədir. Nə hissdirsə, o anda verilir. Məkkədə də eynən belə olmuşdum. Allahın evinə girmək üçün qapını açırlar, haranı ziyarət etdiyini sonradan dərk edirsən. Mənim üçün işğaldan azad olunan torpaqlarımız da elə oldu. Məkkə, Mədinə öz torpaqlarım oldu. Sanki oranı ziyarət etdim”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki