Doğru.az xəbər verir ki, Azərbaycanda olan 5 erməni hərbi əsirini qarşı tərəfə təhvil verildiyini Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan “Facebook” səhifəsində yazıb. Hərbi əsirlərin qaytarılması prosesi Rusiya tərəfinin vasitəçiliyi ilə baş tutub. Hərbi əsirlərin olduğu təyyarə artıq Bakıdan Yerevana yola düşüb.
Qeyd edək ki, əsirləri Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edib.

























