image-2000x150px
image-123
image-ads_atlas
image-snqpo33gdxnzbackend

 Azərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir – ŞƏRH+ FOTO 

image-728x90px

Azərbaycanın İsraillə hərbi sənaye sahəsində əməkdaşlığı özünün pik nöqtəsinə çatıb. İsrailin “Meteor Aerospace” şirkəti ilə Bakı Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır.

“Caspian Meteor” xüsusi mülkiyyət statusunda yüksək texnoloji müdafiə şirkətidir.

Bu barədə şirkətin saytında bildirilir.

Azərbaycanda yerləşən müəssisə yerli sənaye potensialından və infrastrukturundan yararlanaraq milli müdafiə ehtiyacları üçün proqressiv həllər təqdim edir.

Səmadakı avtoritet

İsrailin “Meteor Aerospace” şirkəti pilotsuz uçuş aparatları, pilotsuz gəmilər, dəqiq zərbə endirən raketlər, hava hücumundan müdafiə sistemlərinin və peyklərinin yaradılması üzrə ixtisaslaşıb.

Beşinci nəsil silah istehsal edən “Meteor Aerospace” şirkətinin məşhur “obrazlarından” biri də “İmpact-700” pilotsuz uçuş aparatlarıdır. Bu səma avtoriteti innovativ dizayna malikdir və öz missiyasını optimallaşdırılmış şəkildə həyata keçirə bilir.

PUA kəşfiyyat, nəzarət missiyaları və yük daşımaq üçün nəzərdə tutulub.

Dənizdə pilotsuz gəmi

ORCA pilotsuz gəmiləri “Meteor Aerospace”in məhsuludur. Birgə müəssisədə bu gəmilərin təkmilləşdirilməsi üzərində də “baş sındırılacaq”.

ORCA limanların mühafizəsi, çay patrul xidməti həyata keçirmək və silahlı müşayiət funksiyasını özündə cəmləşdirən missiyaya malikdir. Sürəti saatda 60 uzla çatır.

Quruda “at oynadan”

Şirkətin hərbi təyinatlı “RAMBOW” avtomobili çoxmissiyalı sistemdir. Həm atəş aça bilir, həm logistik təchizata malikdir, həm də tibbi təxliyə üçündür.

Robot avtomobildə 360 dərəcə fırlanan kamera quraşdırılıb.

Texnika yolsuzluq şəraitində yüksək performans göstərmək, maneələri avtomatik aşkarlamaq qabiliyyətlərinə malikdir.

Birgə müəssisənin əhəmiyyəti

Düşünmək olar ki, müəssisə İsrail silahlarının daha da modernləşdirilməsini və onların Azərbaycan Ordusunun balansına verilməsini hədəfləyir. Bununla da Azərbaycan müasir silahlarla əlini daha da gücləndirəcək.(oxu.az)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki