image-ads_n1karobka_mobile
image-img-20260424-wa0043backend

Azərbaycan Makaoda keçirilən konqresdə turizm imkanlarını təqdim edib – FOTO 

Azərbaycan Turizm Bürosu (ATB) 22-24 aprel tarixlərində Çinin xüsusi inzibati ərazisi olan Makaoda keçirilən “Destination Wedding Planners Congress 2026” (DWP) tədbirində iştirak edib.

Konqres çərçivəsində ATB nümayəndələri beynəlxalq toy və tədbir təşkilatçıları ilə 20 B2B görüş keçirərək əməkdaşlıq imkanlarını müzakirə edib və qarşılıqlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, iştirakçılara Azərbaycanda toy mərasimləri və müxtəlif tədbirlərin təşkili imkanları barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, “Destination Wedding Planners Congress” (DWP) lüks toy təşkilatçılarını qabaqcıl məkanlar, hotellər, destinasiyalar və sənaye tərəfdaşları ilə bir araya gətirən qlobal səviyyədə aparıcı B2B platformalardan biridir.

DOĞRU.AZ

image-img-20260424-wa0044 image-img-20260424-wa0045 image-img-20260424-wa0046 image-img-20260424-wa0047 image-img-20260424-wa0043


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki