Azərbaycanın regiondakı siyasi mövqeyi son illər daha da güclənib.
Ölkəmiz artıq Mərkəzi Asiyada strateji tərəfdaş kimi qəbul olunur. Bu, həm diplomatik münasibətlərdə, həm də iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi ilə özünü göstərir.
Mərkəzi Asiya dövlətləri Azərbaycanın regional proseslərdə artan rolunu yüksək qiymətləndirir. Xüsusilə enerji, nəqliyyat və kommunikasiya layihələrində Bakı ilə əməkdaşlıq yeni mərhələyə keçib. Azərbaycanın təşəbbüsü ilə reallaşan mühüm layihələr regionda birləşdirici körpü rolunu daha da möhkəmləndirib.
Bu yanaşma türk dünyasında həm siyasi koordinasiyanın güclənməsinə, həm də iqtisadi inteqrasiyanın sürətlənməsinə şərait yaradır. Azərbaycan üçün bu uğurlar Cənab Prezident İlham Əliyevin siyasətinin və ölkəmizin gücünün nəticəsidir. Analtiklərin araşdırmalarına görə, Mərkəzi Asiya ölkələri üçün Azərbaycan artıq yalnız tərəfdaş deyil, həm də etibarlı regional dayaqdır.
İlqam CƏBİYEV
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü
DoğruTV | Doğru.az MMC-nin rəhbəri




























