image-2000x150px
image-123
image-ads_atlas
image-17160247112304147136_1200x630backend

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir – FOTO

image-728x90px

Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaşın dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri davam edir.

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun daxil olduğu nümayəndə heyəti mayın 17-də Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Bensaid ilə görüşüb.

Görüşdə Azərbaycan nümayəndə heyətinə nazirliyin media və kommunikasiya sahəsində fəaliyyəti, media sahəsində qanunvericilik və media tənzimləməsi, media qurumlarına dəstək, həmçinin bu sahədə nazirliyin prioritetləri və üzləşdiyi təhdidlər barədə məlumat verilib. Mərakeşli nazir, eyni zamanda, Azərbaycan ilə Mərakeş arasında müxtəlif sahələrdə əlaqələrin getdikcə genişləndiyini vurğulayaraq, Azərbaycanla media sahəsində də daha davamlı birgə fəaliyyətlərin və əməkdaşlıq imkanlarının müzakirəsinə açıq olduqlarını ifadə edib.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Agentliyin fəaliyyətinə toxunub, media subyektlərinin və jurnalistlərin fəaliyyətinə dəstək, onların iqtisadi müstəqilliyinin və peşəkarlığının artırılması istiqamətində aparılan işlərə dair ətraflı məlumat verib. Agentliyin bu sahədə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə önəm verdiyi vurğulanaraq, bir sıra ölkələrlə müvafiq memorandumların imzalandığı qeyd olunub. Cari ilin iyulunda Şuşada sayca 2-ci Qlobal Media Forumunun keçiriləcəyinə dair məlumat verən Əhməd İsmayılov mərakeşli naziri bu tədbirə dəvət edib.

DOĞRU.AZ

image-1716024711629726177_1200x630 image-1716024711208819866_1200x630 image-17160247111845148174_1200x630 image-1716024712978554147_1200x630 image-17160247124914950443_1200x630 image-17160247123313153176_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki