image-2000x150px
image-123
image-ads_atlas
image-e3bmo2exeacre7bbackend

Azərbaycan Qran Prisində ilk qəzalar baş verdi – FOTO/VİDEO

image-728x90px

Bakıda az öncə başlayan Formula 2 yarışında ilk qəza baş verib.

Doğru.az xəbər verir ki, “Trident” komandasının yaponiyalı pilotu Marino Sato 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.

Onun təkəri əyildiyindən, sərbəst yürüşə davam edə bilməyib.

Bundan başqa, “MP Motorsport” komandasının alman-alban-makedon əsilli pilotu Lirim Zendeli idarəetməni itirərək kənara çıxıb.

 

Həmçinin trekə təhlükəsizlik maşını da daxil olub.

Qeyd edək ki, Azərbaycan Qran Prisində bu gün Formula 1-in sərbəst yürüşü saat 12:30-da başlayacaq. (oxu.az)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki