image-n1karobka_ads
image-123
image-img-20240926-wa0744backend

Azərbaycan-Türkiyə ikili əlaqələrinin Cənubi Qafqaz regionuna təsirləri

image-ad_qayo_720x110px

Beynəlxalq siyasi arenada ən aktul məsələlərdən biri ölkələrarası əlaqələrin inkişafında maraqlı görünməkdir. Belə yanaşmalar siyasi gedişat sayılsa da, bir qayda olaraq həm regional, həm də qlobal təhlükəsizlik üçün önəmli faktordur. Dövlətlərarası münasibətlərdə strateji müttəfiqlik səviyyəsinin arzuolunan mərhələyə çatması da günümüzün reallıqları sırasındadır. Bu mənada, Azərbaycan-Türkiyə əlaqələri qeyd olunan münasibətləri ən ali səviyyədə izah edir. İngilis diplomatiyasında belə bir ifadə var: “dövlətlərin əbədi dostu olmur, əbədi marağı olur”. Lakin iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında bütün sahələrdəki dinamik inkişaf bu deyimi kökündən təkzib edir. Bu gün iki ölkənin birgə həyata keçirdiyi iqtisadi-siyasi, tranzit, enerji, sənaye və hərbi əməkdaşlıq layihələri dünya çapında nümunə sayıla biləcək əlaqələrin müfəssəl təcəssümüdür. İki ölkə arasında reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilis-Ərzurum təbii qaz kəməri, -Tbilis-Qars dəmiryol və Trans Anadolu Qaz Boru Kəməri layihələri nəinki dünyanın, eləcə də Cənubi Qafqazın enerji daşıyıcılarının təhlükəsizliyinə təminat verdiyi ən önəmli layihələrdir. İkili əlaqələrin günü-gündən genişlənməsi və iqtisadi münasibətlərin durmadan artması, sözün əsl mənasında, iki qardaş ölkənin birgə həmrəylinin bariz ifadəsidir. Bu əlaqələri cari ilin statistik rəqəmlərində də görmək mümkündür. İlin əvvəlində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 475 milyon 522 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən 18,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri 170 milyon 484 min ABŞ dolları, Türkiyəyə ixrac olunan məhsulların dəyəri 305 milyon 38 min ABŞ dolları olub. Bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 faiz az və 39 faiz çoxdur. Ölkələrarasında xarici ticarətin həcmi ötən il əvvəlki ilə nisbətən 31 faiz artaraq, 7,65 milyard dollara çatıb. Qardaş ölkə ilə münasibətlərin inkişaf səviyyəsi o mərhələyə çatıb ki, artıq iki ölkə Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlərin Avropaya yolunun açılmasına da lokomotiv rolunu oynayır. Hazırda Azərbaycanla Türkiyə arasındakı siyasi əlaqələr strateji müttəfiqlik müstəvisində ən nümunəvi addımlardan hesab olunur. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə əziz Şuşada imzalanan bəyənnamə tarixə “Şuşa Bəyənnaməsi” kimi düşdü. Bəyannamədə Azərbaycan və Türkiyənin müstəqillik, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı kimi məsələlər öz əksini tapıb. Sözsüz ki, bu sənəd Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində qarantiya rolunu oynayır.

Əlbəttə, iki qardaş ölkənin belə bir bəyənnaməyə imza atması günü-gündən möhkəmlənən münasibətlərin məntiqi nəticəsi idi. 2020-ci ilin sentyabrında başlamış 44 günlük Vətən müharibəsi zamanı Türkiyə hər zaman Azərbaycan dövlətibin haqlı mövqeyini dəstəklədi. Hətta bu müharibədə türk ərbi sənayesinin məhsulu olan “Bayraktar”ın fəaliyyəti də münasibətlərin bariz nümunəsi idi. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan-Türkiyə birgə həmrəyliyi Mərkəzi Asiya və Cənubi Qafqazda meydana çıxan konyukturalarda fəal rola malikdir. Türkiyənin Cənubi Qafqaz bölgəsində yürütdüyü siyasətin əsas istiqamətlərini anlamaq

üçün ilk növbədə ölkənin ümumilikdə regiona necə baxdığına və hansı əsaslarla siyasət formalaşdırmağa çalışdığına diqqət yetirmək lazımdır. Əvvəla, Türkiyə ilk dövrdən bütün Qafqaz ölkələrinin müstəqilliyini, siyasi sabitliyini və ərazi bütövlüyünü dəstəkləyən siyasi xətt

yürüdüb. Azərbaycan bölgədə geosiyasi və geoiqtisadi baxımından ən güclü dövlətdir. Dünyanın bir çox aparıcı dövlətlərinin bölgədə siyasi maraqlarının olduğunu nəzərə alsaq, qardaş ölkə olan Türkiyənin öz siyasi və hərbi gücü ilə ölkəmizi dəstəkləməsi hər iki dövlətin regionda təsir imkanlarını artırır. Bir sözlə, nəinki regionda, hətta dünyada gedən geosiyasi proseslərə nəzər getirsək, sarsılmaz ikili əlaqələrdə maraqlı məqamlar ortaya çıxır. Deməli, Azərbaycan-Türkiyə əməkdaşlığının Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün daha böyük önəm kəsb etdiyi qənaətinə gəlirik. Ona görə də bölgə üçün önəmli amilə çevrilən Azərbaycan-Türkiyə əlaqələri sarsılmazdır və getdikcə daha zirvələrə qalxacaq.

Ömər Əlizadə

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki