image-2000x150px
image-123
image-ads_atlas
image-2mn-1backend

Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib – FOTOLAR

image-728x90px

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqreb şəhərinin mərkəzi Nikola Şubiç Zrinski meydanında açıq havada “Azərbaycan xalçaları” sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin fondunda qorunub saxlanılan Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax və digər Azərbaycan xalçaçılıq məktəblərinə məxsus xalçaların yüksək keyfiyyətli şəkilləri nümayiş olunub.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimindəki çıxışında qeyd edib ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır və hazırkı sərgi iki həftə ərzində Zaqrebdə nümayiş olunacaq.

Səfir bildirib ki, Azərbaycan qədim xalçaçılıq sənətinin yarandığı dünya mərkəzlərindən biri olub və xalçaçılıq Azərbaycan xalqının zəngin mənəvi dünyasını, dünyagörüşünü, dini inancını və həyat fəlsəfəsini əks etdirib. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar, Azərbaycan xalçaçılıq məktəbləri barədə qonaqlara məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan xalçaları 2010-cu ilin noyabrında UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınmış və Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini, o cümlədən Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvr muzeylərini bəzəyib.

Tədbirdə Xorvatiyanın sabiq Prezidenti S.Mesiç, Parlamentin üzvü V.Kaytazi, Xorvatiya Respublikasında akkreditə olunmuş diplomatik korpus, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

DOĞRU.AZ 

image-2mn-1 image-1mn-1 image-3mn-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki