image-n1karobka_ads
image-123
image-avhjwsqpkuxix8ffce8d4tywgavp5xqirgtnhc3k_1200backend

Azərbaycanda dövlət iştiraklı kredit təşkilatlarının ləğvi və yenidən təşkili Prezident qərarı ilə olacaq

image-ad_qayo_720x110px

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərmanda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Dəyişiklikliyə əsasən, bundan sonra nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatının yenidən təşkili və ləğvini Azərbaycan Prezidenti həyata keçirəcək.

Bundan başqa, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında Prezident ilə razılaşdırılmaqla kredit təşkilatının Nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini gerçəkləşdirəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki