image-n1karobka_ads
image-123
image-17163669325538630283_1200x630backend

Azərbaycanda ilk dəfə “Ekonəqliyyata keçid” sərgisi təşkil edilib – FOTO

Mayın 22-də Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dillerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi keçirilib.

Doğru.az xəbər verir ki, sərginin keçirilməsində məqsəd ekoloji cəhətdən təmiz və davamlı elektrik və hibrid nəqliyyatını təşviq etmək, EV Sektorunda aparıcı maraqlı tərəfləri birləşdirmək, ekoloji nəqliyyata keçiddə peşə təhsilinin rolunu vurğulamaq və sərgi iştirakçıları, investorlar, düşüncə liderləri və geniş auditoriyaya şəbəkələşmə imkanı yaratmaqdan ibarətdir.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri, Bakıda yerləşən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, elektrik və hibrid avtomobilləri, elektrik velosipedləri, elektrik skuterləri istehsal edən, satışını həyata keçirən şirkətlərinin rəhbərləri və nümayəndələri, bərpaolunan enerji üzrə ekspertlər iştirak ediblər.

Həftə çərçivəsində mayın 24-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Kənd təsərrüfatında yaşıl innovasiyalar mövzusunda infotur keçiriləcək. Həftənin yekunu olaraq mayın 27-də milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçiriləcək.

DOĞRU.AZ

image-1716365131672552750_1200x630 image-1716365131636674035_1200x630 image-17163669321143126144_1200x630image-17163669322688944158_1200x630image-17163669325719234441_1200x630 image-17163669325393246201_1200x630 image-17163651312047228891_1200x630 image-17163651311927853001_1200x630 image-17163669324441052849_1200x630 image-17163669325538630283_1200x630 image-171636693299947722_1200x630 image-17163651312859838687_1200x630 image-17163651312312616435_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki