image-2000x150px
image-fotojet-2022-12-08t180919-559backend

Azərbaycanda qış turizmi mundialın bitməsini gözləyir? – RƏY + FOTO

image-728x90px

“Qətərdə keçirilən dünya çempionatından sonra Azərbaycana rəğbət daha da artacaq”.

Bunu ölkədə qış turizminin durumu ilə bağlı fikirlərini   bölüşən turizm üzrə ekspert Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, zəif mövsüm hesab edilsə də, ölkəmiz qış turizmindən faydalana bilir:

“Xüsusən “Şahdağ” və “Tufandağ” Qış-Yay Turizm kompleksləri buna misal ola bilər.  Naxçıvandakı “Ağbulaq” Kənd Turizm-İstirahət Bölgəsi də bu siyahıya daxildir. Bu yerlərdə xizək yollarının və kanat xətlərinin olması istər-istəməz cəlbediciliyi artırır”.

Ekspert qeyd edib ki, Yeni il ilə əlaqədar Rusiyadan və postsovet ölkələrindən gələn turistlərin sayı hər il artır:

“Əsasən, Bakıya gələn turistlərin Yeni il sonrası bölgələrə getməsi regionda turizmin inkişafına təkan verəcək”.

C.Dövlətzadənin sözlərinə görə, turistlərin arasında ərəblərin payı yenə yüksək olacaq və DÇ-2022-dən sonra ölkəmizə turist axını gözləmək məntiqlidir:

“Çünki Qətərdəki mundialda, əsasən, gənc kateqoriyadan olan müştərilər toplanıblar. Futbol üzrə dünya çempionatı yaxın günlərdə bitəcək. Ərəb dünyasından gələnlərin daha çox olacağını düşünürəm”.

Ekspert əlavə edib ki, 2023-cü il turizm ili olacaq:

“Koronavirus pandemiyasının səngidiyi bir dövrdə yaşayırıq. Pandemiyadan əvvəlki turist axınını hələ bərpa edə bilməmişik. Bu ilin 11 ayında ölkəyə 11 milyon 458 min turist gəlib. Bu da əvvəlki illərlə müqayisədə azdır. Lakin 2023-cü ilin turizm ili olacağı gözlənilir. Artıq pandemiya bitmiş hesab olunacaq və hər halda regionda olan məsələlər də tamamən həllini tapacaq. Turistlər rahat şəkildə Azərbaycana səyahət edib, bu səfərlərindən razı qalacaqlar.

Hər il olduğu kimi, bu il də Azərbaycanda qış yarmarkası keçirilir. Həm yerli, həm də xarici turistlər yarmarkaya baş çəkirlər. Bu da turizmin inkişafında müəyyən rol oynayır”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ