image-2000x150px
image-123
image-ads_atlas
image-ohiv1h7qybisvehr4btbd0kvbbe2xe58epbjakg8backend

Azərbaycanda sahələrdən yığılan məhsulun həcmi açıqlanıb – FOTO

image-728x90px

İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən “Doğru.az“-a verilən məlumata əsasən, ümumilikdə 115 min 512 hektar sahədə biçin aparılıb, sahələrdən 337 min 600 ton məhsul yığılıb.

Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb:

“Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Bugünədək 2 520 hektar sahədə buğda biçilib. 112 min 992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq”.

O əlavə edib ki, Biləsuvar rayonunda bu il 34 845 hektar sahədə payızlıq əkin aparılıb:

“Bu sahələrin 21 000 hektarı arpa əkinləridir. Artıq rayon üzrə arpa sahələrinin 10 900 hektarında biçin başa çatıb. Orta məhsuldarlıq 30,8 sentnerdir, biçin davam etdikcə bu göstərici yüksələcək”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki