image-n1karobka_ads
image-123
image-tv-televiziyabackend

Azərbaycanda televiziya kanalının adı DƏYİŞDİRİLDİ

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, iclasda gündəlikdə olan iki məsələyə baxılıb.

“İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən “Turşsu” radio-televiziya yayım stansiyasından “İctimai Radio”nun proqramlarının yayımı üçün 91.3 MHs radiotezliyinin “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılması haqqında qərar qəbul olunub.

Həmçinin “Səhiyyə TV” televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı “Səhiyyə TV” MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb.

Müzakirədən sonra kanalın adının “Saf TV”yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki