image-ads_n1karobka_mobile
image-17289914222409423713_1200x630backend

Azərbaycanın Baş naziri ilə Rusiya Hökumətinin sədri arasında telefon danışığı olub

Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli gündəliyin bütün məsələləri üzrə birgə fəal işin davam etdirilməsinə qarşılıqlı surətdə hazır olduqlarını təsdiq ediblər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki