image-n1karobka_ads
image-img-20260219-wa0031backend

Azərbaycanın qastronomiya potensialı beynəlxalq reytinqdə tanıdılacaq – FOTO

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə beynəlxalq qastronomiya reytinq və təsnifat platforması olan La Liste təşkilatının beynəlxalq direktoru Stefani Kim Azərbaycana səfər edib.

Doğru.az xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycanın zəngin kulinariya ənənələrinin, yerli məhsullarının və müasir restoran sənayesinin beynəlxalq səviyyədə tanıdılması, həmçinin ölkənin qastronomiya potensialının nüfuzlu beynəlxalq reytinq platformasında təşviqidir.

Proqram çərçivəsində qonaq Bakının tanınmış hotelləri və restoranlarını ziyarət edib, onların konsepsiyası və kulinariya yanaşmaları ilə yaxından tanış olub. Ona həm ənənəvi Azərbaycan mətbəxindən, həm də beynəlxalq kulinariya trendlərindən nümunələr təqdim edilib.

Stefani Kim Dövlət Turizm Agentliyində rəsmi görüşlər keçirib, aşpazlar, qastronomiya ekspertləri və sektor nümayəndələri ilə fikir mübadiləsi aparıb. Səfər çərçivəsində regionlara da baş çəkilərək yerli qastronomiya ənənələri və turizm imkanları ilə tanışlıq olub.

Qeyd edək ki, 2015-ci ildə təsis edilən “La Liste” çoxsaylı beynəlxalq bələdçilər və onlayn mənbələr əsasında dünyanın ən yaxşı restoran və hotellərini vahid reytinqdə təqdim edir. Platforma hazırda 200 ölkə üzrə on minlərlə qastronomik obyekt haqqında məlumatı əhatə edir.

“La Liste” ilə əməkdaşlıq yerli restoran və hotellər üçün beynəlxalq tanınma imkanlarını genişləndirərək Azərbaycanın qlobal qastronomiya xəritəsində mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

DOĞRU.AZ 

image-img-20260219-wa0033 image-img-20260219-wa0032


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki