image-ads_n1karobka_mobile
image-01krg14bwms3ae3dwth44wr2jj-largebackend

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Doğru.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mayın 27-28-i Qurban bayramı günləridir və hər ay pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi ayın 27-dək olan dövrdə artıq yekunlaşmış olur.

Beləliklə, sosial ödənişlərin verilməsi ilə bağlı əlavə dəyişiklik və ya öncədən ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır. // Modern.az

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki