Azərbaycanın turizm potensialı Tailandın paytaxtı Banqokda beynəlxalq turizm sərgisi çərçivəsində tanıdılıb.
Doğru.az xəbər verir ki, yanvarın 21-də Azərbaycan Turizm Bürosu Banqok şəhərində keçirilən “Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi çərçivəsində təşkil olunan B2B görüşlərdə iştirak edib.
Tədbir çərçivəsində Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın ikitərəfli görüş keçirilib. Görüşlər zamanı tailandlı tərəflərə Azərbaycanın zəngin mədəni irsi, unikal təbiəti, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri, eləcə də qış idman növləri üzrə mövcud potensialı barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu cür tədbirlər Azərbaycanın turizm imkanlarının beynəlxalq bazarlarda tanıdılmasına və ölkəyə gələn turist axınının artırılmasına xidmət edir.
DOĞRU.AZ





























