image-n1karobka_ads
image-123
image-azwb5zx8ajjtirqt98bgtiux4yfmycqt0ylhmeol_1200backend

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilir

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumun açılış mərasimi keçirilir.

Doğru.az xəbər verir ki, forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə edilməsi, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Forum açılış mərasimindən sonra “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi, “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel sessiyalarla davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki