image-2000x150px
image-123
image-ads_atlas
image-1441614196_1432990728_tebiiqazbackend

Bakının bir sıra rayonlarında qaz olmayacaq

image-728x90px

Görüləcək təmir-bərpa işləri ilə əlaqədar paytaxtın bir çox ərazilərinin 07.06.2024-cü il tarixdə saat 10:00-dən etibarən Bakının altı rayonunun qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonunun (Nəsimi, Sabir, Xəqani, Vaqif Mirzəyev küçələri, Binə qəsəbəsinin “Binə sovxozu”, “Mehriban qonşular” və “Gürcüstanlılar” yaşayış massivləri, 23 qeyri-yaşayış sahəsi), Binəqədi rayonunun (Biləcəri qəsəbəsi, Mərəzə məhəlləsi, Natavan, Nəsimi, Ə.Qasımov, Y.Huseynov və R.İsmayılov küçələri), Nəsimi rayonunun (A.Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, R.Məmmədov, Moskva prospekti ərazilərində küçələrində), Yasamal rayonunun (“Main” MTK-da), Qaradağ rayonunun (Korgöz, Şonqar, AZNS, Qızıldaş qəsəbələri), Sabunçu rayonunun (H.Cavid, Axundzadə, Ə.Cəfərov, Araslı, Sülh, A.Pəri, H.Balakişiyev, N.İsmayılov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki