image-n1karobka_ads
image-123
image-172630703226434070_1200x630backend

Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

image-ad_qayo_720x110px

Sentyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və birgə səyləri ilə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı vurğulanıb.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib. Bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan ötən ilin oktyabrında Şuşada Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov görüşdə iştirak edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki