image-n1karobka_ads
image-123
image-din_prokurorluq_170421backend

Baş Prokurorluq və DİN: İtkin düşmüş şəxs qəsdən öldürülüb

image-ad_qayo_720x110px

Ötən illərdən bağlı qalmış cinayət işlərinin araşdırılması çərçivəsində Xaçmaz Rayon Prokurorluğu və rayon polis şöbəsinin birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz sakini, 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.

Doğru.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib ki, 1975-ci il təvəllüdlü Surəddin Həsənalıyev mübahisə zamanı Əkbərovu odlu silahdan atəş açaraq qəsdən öldürüb və meyiti basdırıb.

Ə.Əkbərovun meyiti tapılaraq ekspertizaya təqdim olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, şübhəli şəxs polis tərəfindən saxlanılıb. Hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki