image-n1karobka_ads
image-123
image-17670007615172733716_1200x630backend

Baş Prokurorluq: Xarici silahlı münaqişələrdə iştirak cinayət hesab olunur

image-ad_qayo_720x110px

Baş Prokurorluq xəbər verir ki, son dövrlər hüquq-mühafizə orqanları və mediada yayılan məlumatlara əsasən, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycan vətəndaşlarının iştirakı halları müşahidə olunub. Təəssüflə qeyd edilir ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan və əsir düşən vətəndaşlarımız var.

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət orqanları vətəndaşların həyatını, təhlükəsizliyini və hüquqlarını qorumağı ali məqsəd hesab edir və qanunvericiliyə zidd fəaliyyət göstərən hər kəsə qarşı qətiyyətli mövqe nümayiş etdirir. Xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə iştirak, milli qanunvericiliyə və beynəlxalq konvensiyalara görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayət hesab olunur.

Cinayət Məcəlləsinə əsasən, muzdluluq, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak edən şəxslər 8 ildən 20 ilədək, bəzi hallarda ömürlük azadlıqdan məhrum edilə bilər.

Artıq bir neçə vətəndaş barəsində cinayət işləri başlanılıb, bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib və uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları tətbiq olunub. Digər işlər üzrə istintaq davam edir.

Baş Prokurorluq vətəndaşları qanunsuz silahlı birləşmələrdə iştirak etməməyə, dövlətin qanunlarına riayət etməyə və milli maraqları uca tutmağa çağırır. “Heç bir maddi maraq həyatınızdan, azadlığınızdan və gələcəyinizdən daha önəmli deyil. Qanunsuz fəaliyyətlərdən çəkinmək hər birimizin mənəvi və hüquqi məsuliyyətidir”, – məlumatda qeyd olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki