image-n1karobka_ads
image-123
image-17495402286459646995_1200x630backend

Baş prokurorun Keniyaya işgüzar səfəri davam edir  

Keniyalı həmkarı Renson İnqonqanın dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobidə işgüzar səfərdədir.

Bu barədə Doğru.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-də Keniya Respublikasının Prezidenti Uillyam Ruto nümayəndə heyətini qəbul edib.

Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.

Prezident Ruto, öz növbəsində, dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirərək, öz salamlarını da Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Keniya arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.

Daha sonra Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa ilə ikitərəfli görüş keçirib. Baş prokuror iki ölkə arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında, ölkə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində son illərdə uğurla inkişaf etdiyini vurğulayıb.

Görüşdə Renson İnqonqa qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində Azərbaycana həyata keçirdiyi üç işgüzar səfəri qeyd edib.

İnqonqa, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr edilmiş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayaraq, Azərbaycan dövlətini və Prokurorluğunu təbrik edib. Ölkəmizə səfəri çərçivəsində Ağdam rayonuna etdiyi ziyarət zamanı işğal dövründə Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, süni intellektin tətbiqi, cinayətkarlığa qarşı mübarizə, ekstradisiya və hüquqi yardım haqqında müqavilənin hazırlanması, qarşılıqlı təlim səfərləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşlərdə ölkəmizin Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib.

Elə həmin gün hər iki ölkənin baş prokurorları Kamran Əliyev və Renson İnqonqa ölkəmizin Keniyada yeni açılmış səfirliyini ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib, fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri davam edir.

DOĞRU.AZ

image-17495402283755520636_1200x630 image-17495402283263462970_1200x630 image-17495402282381959476_1200x630 image-17495402285342836146_1200x630 image-174954022877863753_1200x630 image-17495402283700365399_1200x630 image-1749540228766614192_1200x630 image-17495402283675017430_1200x630 image-17495402285492062056_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki