ABŞ hakimiyyəti enerji infrastrukturunu təmir etmək və dayanıqlığını artırmaq üçün Ukraynaya avadanlıq göndərir.
TASS xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
“Birləşmiş Ştatlar, həmçinin Ukraynanın sistemlərini təmir etmək və Ukraynanın enerji şəbəkəsinin dayanıqlığını yaxşılaşdırmaq üçün aktiv şəkildə enerji avadanlığı təqdim edir”, – bəyanatda deyilir.
Eyni zamanda Amerika lideri vurğulayıb ki, ABŞ Ukraynanı dəstəkləmək üçün 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Ukraynanın 9 vilayətində elektrik yarımstansiyalarına zərbələr endirib.
Bundan əlavə, onlar Ukraynanın üç rayonunda qaz kompressor stansiyalarını vurublar.
DOĞRU.AZ