image-n1karobka_ads
image-123
image-66ac6e2102e8bd68aa072c75-1backend

Bayden: Haniyənin öldürülməsi Qəzzanın atəşkəs səylərinə ‘yardım etmədi’

image-ad_qayo_720x110px

Amerika lideri Co Bayden HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin Qəzza zolağında atəşkəs razılaşması üzərində işləmək səylərinə “kömək etmədiyi” fikrini bildirib.

Bu barədə TASS məlumat yayıb.

Bayden, Həniyənin ölümü ilə Qəzzada atəşkəs perspektivlərinin pozulduğuna inandığına dair sualı cavablandırıb.

“Bu kömək etmədi” dedi ABŞ prezidenti.

Bundan əvvəl Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın İsrailə dəstək məqsədilə “müdafiə xarakterli hərbi yerləşdirmə” imkanını müzakirə edib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, HƏMAS Siyasi Bürosunun rəhbərinin qətli ABŞ olmadan həyata keçirilə bilməzdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki