Amerika lideri Co Bayden deyib ki, vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qarşıdan gələn seçkilərdə qalib gəlsə, Rusiya prezidenti Vladimir Putinə “heç vaxt əyilməyəcək”.
RİA Novosti xəbər verir ki, o, bu barədə Çikaqoda keçirilən Milli Demokrat Partiyasının qurultayında danışıb.
“Mən heç vaxt əyilməmişəm və sizə söz verirəm ki, Kamala Harris bunu heç vaxt etməyəcək. O, heç vaxt əyilməyəcək”, – deyə Bayden vurğulayıb.
Bundan əvvəl Harris Demokratların Çikaqoda keçirilən qurultayında ilk dəfə çıxış edib.
Eyni zamanda, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Putinlə yenidən anlaşacağına ümid etdiyini bildirib.
Vitse-prezidentliyə namizəd Ceyms Vens də Harrisin Putin və Çin lideri Si Tszinpinlə danışıqlar apara bilməyəcəyi barədə fikir bildirib.
Mənbə RİA Novosti