image-n1karobka_ads
image-123
image-1654751755_bayden-trampbackend

Bayden: Tramp məğlub olarsa, ABŞ-da hakimiyyətin sülh yolu ilə ötürülməsinə əmin deyiləm

image-ad_qayo_720x110px

Amerika lideri Co Bayden CBS News telekanalına müsahibəsində ABŞ prezidentliyinə namizəd Donald Trampın məğlub olacağı təqdirdə ABŞ-da hakimiyyətin sülh yolu ilə ötürülməsinə əmin olmadığını bildirib.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

“Tramp qalib gəlsə, yox. Əmin deyiləm. Demək istədiyim odur ki, əgər Tramp uduzsa, mən qətiyyən əmin deyiləm”, – deyə Bayden 2025-ci ilin yanvarında hakimiyyətin sülh yolu ilə ötürülməsinə əmin olub-olmadığı sualına cavab verib.

Daha əvvəl Tramp çevriliş nəticəsində Baydenin prezidentlik yarışından kənarlaşdırıldığını irəli sürmüşdü.

Tramp həmçinin bildirib ki, onun seçkilərdəki qələbəsi III Dünya Müharibəsinin qarşısını alacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki