image-2000x150px
image-123
image-ads_atlas
image-ap23192374373097-pic_32ratio_900x600-900x600-52507backend

Bayden və Leyen Ukraynaya yardımı müzakirə ediblər

image-728x90px

ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Kiyevə yardımı müzakirə etdiyini bildirib.

Bu barədə Baydenin X sosial şəbəkəsindəki şəxsi səhifəsində məlumat verilib.

Birləşmiş Ştatlar rəhbərinin sözlərinə görə, daimi beynəlxalq yardım “Ukraynanın azadlıq uğrunda mübarizəsi” üçün çox vacibdir. Ona görə də fon der Leyenlə söhbət zamanı Ukraynanı “Rusiya təcavüzündən” qorumaq üçün ona davamlı dəstək müzakirə olunub.

Bundan əvvəl Bayden Ukrayna prezidenti Vladimir Zelenskini Ukrayna Silahlı Qüvvələrinə yeni “müdafiə yardımı” paketlərinin “tezliklə” ötürüləcəyinə inandırmışdı.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki