image-n1karobka_ads
image-123
image-17672709712236141543_1200x630backend

Bayram günlərində səyahət edən sürücülərə və sərnişinlərə XƏBƏRDARLIQ

image-ad_qayo_720x110px

Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bayram səfərləri zamanı əsasən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Lakin bu cür daşımalar zamanı avtomobillərin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, iş və istirahət rejiminə ciddi əməl olunmaması müşahidə edilir.

Qeyd olunub ki, nəqliyyat vasitəsinin texniki xüsusiyyətlərinin yolun relyefinə uyğunluğu, səfər edilən ərazidəki meteoroloji şərait və sürücünün idarəetmə təcrübəsi nəzərə alınmadıqda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı dəfələrlə artır.

Məlumatda son illər kirayə avtomobillərdən istifadənin də artdığı vurğulanıb. Bildirilib ki, kirayə avtomobillərin texniki vəziyyəti və ya xidmətdən istifadə edilən sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə yarada bilər.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və sərnişinləri bayram günlərində təhlükəsizliyə xüsusi diqqət yetirməyə çağıraraq, səfərlərin bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edilməsini tövsiyə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki