image-n1karobka_ads
image-123
image-img-20251126-wa0023backend

BDU-da “AzerGold”un təqdimatı keçirilib – FOTO

image-ad_qayo_720x110px

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “AzerGold” QSC-nin müşaviri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev professor-müəllim heyəti qarşısında təqdimatla çıxış edib.

Doğru.az xəbər verir ki, təqdimat “Müasir innovativ kəşfiyyat metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusuna həsr olunub. Burada dövlət şirkətinin Qarabağ və Şərqi Zəngəzurda apardığı geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin artırılması və yeni mədənlərin işə salınması ilə bağlı görülən işlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” Kiçik Qafqaz dağ silsiləsi boyunca – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz, Gəncə-Daşkəsən iqtisadi rayonları və Naxçıvan MR də daxil olmaqla, ümumilikdə 15 409 km² ərazidə kompleks tədqiqatlar aparır.

Çıxışda helikopterlə həyata keçirilən müasir və qeyri-invaziv aeroelektromaqnetik tədqiqat metodundan bəhs olunub. Bu metodun daha qısa müddətdə perspektivli sahələrin müəyyənləşdirilməsinə, baha başa gələn buruqqazma işlərinə qənaət edilməsinə və ekoloji üstünlüklərinə vurğu edilib.

Ş.Musayev bildirib ki, aparılan geoloji işlər yeni perspektivli sahələrin aşkar edilməsinə və gələcək hasilatın dövlət tərəfindən təyin ediləcək operatorlar vasitəsilə həyata keçirilməsinə imkan yaradacaq. O, həmçinin mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi və xüsusilə Kəlbəcərdə yerləşən Zod qızıl yatağında görülən genişmiqyaslı tədqiqatlar haqqında məlumat verib.

Tədbir iştirakçılarına “AzerGold”un 9 illik fəaliyyəti ərzində hasilat, ixrac, vergi və sosial ödənişlər, satış həcmləri və sosial layihələr üzrə göstəricilər də təqdim olunub.

Sonda görüş sual-cavab sessiyası və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

DOĞRU.AZ

image-img-20251126-wa0022 image-img-20251126-wa0021 image-img-20251126-wa0020 image-img-20251126-wa0019

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki