Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç diqqəti Polşa və Fransanın Belarus ərazisində təşkil edilən KTMT təlimlərini müşahidə etməkdən məntiqsiz şəkildə imtina etməsinə yönəldib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Sentyabrın 1-də Belarus ərazisində KTMT-nin “Döyüş Qardaşlığı-2023” adlı təlimləri başlayıb. Onlar sentyabrın 6-dək davam edəcəklər.
“Əsas təlim Kollektiv Çevik Hərəkət Qüvvələrinin Qarşılıqlı Fəaliyyəti-2023 ilə təlimdir. Bu təlimə Belarusda akkreditə olunmuş 13 ölkənin hərbi attaşeləri, bir sıra dövlətlər müşahidəçi qismində dəvət olunub”, – deyə Volfoviç qeyd edib.
Onun sözlərinə görə, Belarus qonşuları, Fransa və Polşa nümayəndələri də dəvət olunub.
“Amma təəssüf ki, imtina etdilər. Yəqin ki, bu, çox şey deyir, lakin bu, ayrıca müzakirə mövzusudur”, – deyə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi yekunlaşdırıb.
Mənbə: RİA Novosti